Lalə Şövkətdən humanist addım

img

03-02-2011 [04:13]


Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövktək ?Ölkə? qəzetini bağışlayıb. Bu barədə MİA-ya partiyaın mətbuat xidmətindən məlumat daxil olub. Məumatda bildirilir ki, "Ölkə" qəzetinin 11 fevral 2010-cu il tarixli buraxılışında Lalə Şövkətə qarşı "Madam" ləqəbli "KQB" agenti" adlı böhtan xarakterli məqalə dərc edilmişdir. Bu yazıya görə, Lalə Şövkət "Ölkə" qəzetini məhkəməyə vermişdir. Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli qətnaməsində "Ölkə" qəzetində təkzib verilməsi və Lalə Şövkətə dəymiş mənəvi zərərin əvəzi olaraq 4 min manat məbləğində pul tutulması haqqında qərar çıxardılmışdır. Həmin məbləğ Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək əlilləri üçün Pansionatın hesabına köçürülməli idi. Lakin, "Ölkə" qəzetinin 3 fevral 2011-ci il tarixində "Lalə Şövkətdən üzr istəyirik" başlıqlı yazıda yuxarıda sadalanan məqalənin böhtan olduğunu və orada göstərilən informasiyanın həqiqətə uyğun olmadığını etiraf etdiklərinə görə, Lalə Şövkət məhkəmənin pul tutulması ilə bağlı qərarından imtina edərək, qəzeti bağışlamışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA