Fəzail Ağamalı Güneyli soydazlarımıza müraciət etdi

img

03-02-2011 [02:41]


Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Güneyli soydaşlarımıza müraciət edib. Partiyadan MİA-ya daxil olan müraciət mətnində bildirilir ki, İranda yaşayan soydaşlarımızın hüquqlarının fars-molla rejimi tərəfindən hər addım başı pozulmasını, Azərbaycan türklərinin tarixinin, milli mədəniyyətinin, milli-mənəvi dəyərlərinin İran rejimi tərəfindən tapdalanmasının qarşısını almaq məqsədi ilə partiya sədri Fəzail Ağamalı Güneyli soydaşlarımıza müraciət edib. Biz indi müraciətin mətnini olduğu kimi təqdim edirik: ?Əziz soydaşlar! Sizin hüquq və azadlıqlarınızın pozulması, dilimizin, mədəniyyətimizin təhqir olunması ilə bağlı rast gəldiyiniz təqib, təhqir, təzyiqləri özündə ehtiva edən və konkret fakta, arqumentə söykənən məlumatları mənim aşağıdakı elektron ünvanıma göndərməyinizi xahiş edirəm. Mən həmin arqument və faktlara söykənərək, yuxarıda qeyd etdiyim hallara qarşı sizinlə bərabər mübarizə aparmaq niyyətindəyəm. Əminəm ki, biz birlikdə fars-molla rejiminin İranda yaşayan türk xalqına qarşı represiyalarına, təzyiq və təhqirlərinə lazımi səviyyədə cavab verəcək və cənublu soydaşlarımızın milli istiqlalına nail olacağıq. Tanrı yardımçımız olsun. Elektron ünvanım: fazailagamalı@mail.ru?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA