DAK Gənclər Təzkilatı Ramiz Mehdiyevə müraciət etdi

img

02-02-2011 [06:25]


?27 yanvar 2011-ci il tarixdə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı ?Səhər telekanalı zəhər yayır? adlı tədbir keçirib. Tədbirdə müxtəlif təşkilatların nümayəndələri, diaspor fəalları, elm və ictimai-siyasi xadimlər, politoloqlar, gənclər məsələni ictimai müzakirəyə çıxardaraq on iki ilə yaxındır İran adlanan ölkənin ərazisindən yayımlanan və müstəqil Azərbaycan Respublikası üçün nəzərdə tutulmuş ?Səhər? telekanalının Azərbaycanda daxili siyasi sabitliyi pozmağa yönəlmiş təxribatları pislənmiş və həmin telekanalın dövlətçiliyimiz əleyhinə həyata keçirdiyi fəaliyyətlər müzakirə müstəvisinə qaldırılmışdır?. Bu fikirlər DAK Gənclər Təşkilatının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciətində yer alıb. 40 milyona yaxın öz tarixi ərazilərində yaşayan soydaşlarımızın bütün hüquqları əlindən alınmışdır. Ana dilində heç bir məktəbləri yoxdur. Yüz min erməniyə isə 40-a yaxın məktəb, mədəniyyət mərkəzləri, müxtəlif virtual resurslar, kilsələr açan, erməni işğalında olan Azərbaycanın Qarabağ torpaqlarında məscidlərin və tarixi abidələrin dağıdılmasına göz yuman fars rejimi məhz bu telekanal vasitəsilə Azərbaycanın dinsiz bir ölkə olduğunu qələmə verməkdədir. Hər bir proqramı Azərbaycanın əleyhinə yönəlmiş iftira və yalanlardan ibarətdir. Məqsəd isə müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə qazandığı uğurları gözdən salmaq, daxili siyasi sabitliyi pozmaq, milli ayrıseçkilik siyasətini dəstəkləyərək dini fanatizmin geniş yayılmasını həyata keçirməkdir. Bütün bunları nəzərə alaraq Sizdən həmin telekanalın Azərbaycan üzrə yayımının dayandırılmasına, Azərbaycan vətəndaşlarının bu telekanala çıxış imkanlarının məhdudlaşdırılmasına və İran adlı ölkənin ərazisində yaşayan 40 milyona yaxın soydaşımız üçün müvafiq telekanalın yaradılmasına dair addımlar atmanızı istəyir və xahiş edirik. Qeyd edək ki, DAK Gənclər Təşkilatı mövcud müraciəti 500-ə yaxın elm və ictimai-siyasi xadim, əsasən də gənclərdən toplamış olduğu imzalarla birlikdə Prezident Adminstrasiyana təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA