Hadi Rəcəbli: Ölkəmizdə gənclərimizin maraqlarına xidmət edən qanunvericilik bazası mövcuddur

img

02-02-2011 [01:33]


?Bu gün ölkəmizdə gənclərimizin maraqlarına uyğun qanunvericilik bazası mövcuddur?. Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. H.Rəcəbli bildirib ki, hazırda gənclərin cəmiyyətdə layiqli yer tutması istiqamətində dövlət tərəfindən bütün imkanlar yaradılır. Onun sözlərinə görə, Milli Məclisdə ?Dövlət gənclər siyasəti haqqında? qanun bu imkanlar üçün ciddi hüquqi bazadır. H.Rəcəbli parlamentin Sosial siyasət komitəsi tərəfindən ?Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında? qanun layihəsinin də hazırlandığı qeyd edib. ?2 fevral tarixinin gənclər günü kimi elan olunması dövlətimizin gənc nəslə olan münasibətinin ifadəsidir. Öz növbəsində, gənclərimiz də, onlar üçün yaradılmış imkanlardan səmərəli şəkildə bəhrələnməlidirlər? deyə komitə sədri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA