Bayraq meydanında təhlükə yaranıb

img

02-02-2011 [01:09]


Bu gün səhər saat 6.00 radələrində Səbail rayonu ərazisində yerləşən Dövlət Bayraq Meydanında təhlükə yaranıb. Səhərə yaxın küləyin sürətinin artması nəticəsində bayraq dirəyi yellənməyə başlayıb və aşma təhlükəsi meydana çıxıb. Bir qədər sonra əraziyə hərbçilər, polislər və yüksək rütbəli məmurlar gəlib. Onların arasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev də olub. Hər hansı təhlükənin olacağı istisna edilmədiyi üçün həmin əraziyə təcili yardım maşınları da çağırılıb. Bayraq dirəyinin aşmasının qarşısını almaq üçün əlaqədar güc strukturlarının gördüyü tədbirlər nəticəsində əvvəlcə bayraq endirilib. Bundan sonra bayraq dirəyinin yellənməsi dayanıb. Bunun ardınca dirəyin bərkidilməsi işlərinə başlanılıb. Əldə etdiyimiz məlumata görə, təhlükəsizlik tədbirləri təxminən saat 9.00-da nəticə verib. Hazırda bayraq endirilmiş vəziyyətdədir. Ərazidə tədbirlər davam etdirilir. Mövzünü izləyirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA