Füzuli Ələkbərov 8 əməkdazı izdən çıxardı, 116 nəfərə töhmət verdi

img

02-02-2011 [01:02]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin aparat işçilərinin, idarə rəislərinin iştirakı ilə toplantı keçirilib. Ayrı-ayrı sahələrdə hələ də müəyyən problemlərin mövcud olduğunu deyən nazir Füzuli Ələkbərov bildirib ki, ötən il nöqsanlara yol vermiş 6 nəfər işdən çıxarılıb, 116 nəfərə töhmət verilib, 34 nəfərin diqqətinə çatdırılıb, 1 nəfər barədə hüquq mühafizə orqanlarına müraciət olunub. Bu ilin əvvəlində isə daha 2 nəfər vəzifəsindən azad edilib. Nazir işlərin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün xüsusi komissiyanın yaradılmasını, 1 həftə ərzində əhalinin müraciətlərini yerində araşdırmaq üçün işçi qrupun tədbirlər planının tərtib olunmasını, vətəndaşların ünvanlı sosial yardım üçün müraciəti zamanı tələb olunan sənədlərin bir qədər də azaldılmasının vacibliyini bildirib və bununla bağlı təkliflərin hazırlanmasını tapşırıb. Xatırladaq ki, prezident İlham Əliyevin tapşırığına əsasən yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilərək, əhalinin haqlı narazılığına səbəb olan korrupsiya halları vurğulanmış, mövcud problemlərin araşdırılması və qısa müddətdə aradan qaldırılması barədə konkret tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA