ilqar Altay irana səfərə gedib

img

01-02-2011 [03:08]


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, ?İnteqral? jurnalının baş redaktoru İlqar Altay müstəqil ictimai tətqiqat məqsədiylə İran İslam Respublikasına gedib. Bu barədə MİA-ya İTM-in mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, səfərdə məqsəd son zamanlar İran və Azərbaycan arasında gərginlik yaratmış problemlər, müxtəlif səviyyələrdə səslənmiş neqativ çıxışlar və ümumiyyətlə, iki ölkə arasındakı dostluğa xələl gətirən amillər ətrafında araşdırma aparmaqdır. İlqar Altay səfər zamanı soydaşlarımızın İranda insan haqları və demokratik durumu barədə də araşdırma aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA