Bakıda 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi keçiriləcək

img

01-02-2011 [02:15]


Martın 16-da ?AutoShow? 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi açılacaqdır. ?Iteca Caspian LLC? və onun tərəfdaşı Böyük Britaniyanın ?ITE Group PLC? şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Bu il sərgi ənənəvi təşkilat formatını dəyişəcəkdir. Belə ki, ?AutoShow? sərgisinin birinci iş günü mətbuat nümayəndələri və sərgiyə dəvət edilmiş ?VİP? qonaqlar üçün eksklüziv ziyarət proqramı ilə başlayacaqdır. Sərgi kompleksinin ərazisində KİV nümayəndələri üçün brifinq keçiriləcəkdir. Sərginin növbəti üç iş günü kompleksin qapıları bütün ziyarətçilər üçün açıq olacaqdır. Sərgidə 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Hazırda, ?AutoShow? sərgisinin iştirakçılarının siyahısına 13 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Danimarka, İtaliya, Kanada, Çin, Malayziya, Rusiya, Litva, Türkiyə, İsveçrə və Yaponiyadan olan şirkətlər daxildir. Bu il ?AutoShow? sərgisində minik nəqliyyatı, kommersiya nəqliyyatı, bütün növ nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksessuarlar kimi üç iri sektor təşkil olunacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA