Müxalifət Rəsulzadənin heykəli önündə aksiya keçirib

img

31-01-2011 [04:25]


Yanvarın 31-də İctimai Palata Məmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçirib. Yanvarın 31-i Şərqdə ilk respublikanın qurucularından biri - Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Aksiyada çıxış edən Müsavat Partiyası başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyiblər ki, hazırda respublikanı korrupsionerlər və demokratiyanın əleyhinə olanlar idarə edir. İsa Qəmbər ərəb ölkələrində baş verənlərə toxunaraq bu hadisələrin Azərbaycanda da yaşanacağını deyib. Əli Kərimli isə bildirib ki, indilik Misir hadisələrinin Azərbaycanda baş verməməsinə görə utanmaq lazım deyil: ?Mübarizə aparmaq lazımdır. Bu rejimin hakimiyyətdən getməsinə nail olmaq lazımdır?. Aksiya iştirakçıları sonda Rəsulzadənin valideynlərinin qəbirlərini ziyarət ediblər. Bu il həmçinin Rəsulzadənin qurucusu olduğu Müsavat Partiyasının da 100 yaşı tamamlanır. Partiyanın indiki başqanı İsa Qəmbər deyib ki, 2011-ci il Müsavat ili elan olunmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA