TQDK Miqrasiya orqanlarında izə qəbul imt?h?nının nəticələrini açıqladı

img

31-01-2011 [12:32]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il yanvarın 30-da Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Komissiyadan verilən məlumata görə, imtahanda iştirak etmək istəyən 285 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 271 nəfəri imtahanda iştirak edib, 14 nəfər imatahana gəlməyib. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən 18 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA