Bakıya yağız, rayonlara qar yağacaq

img

31-01-2011 [12:22]


Fevral ayının ilk günündə ölkə ərazisində buludlu hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-4? isti, gündüz 5?-dək isti, axşam 2?-yə yaxın olacaq. Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi küləyi, arabir güclənəcək. Havanın temperaturu gecə 2? şaxtadan 3?-dək isti, gündüz 4-6? isti, dağlarda gecə 4-9? şaxta, gündüz 0-3? şaxta təşkil edəcək. Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında soyuq diskomfort şərait gözlənilsə də, meteoroloji amillərin zəif və mülayim tərəddüdləri əksər meteohəsssas insanlar üçün nisbətən əlverişli sayıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA