"Azərsun" 200 izçini ixtisara saldı

img

29-01-2011 [01:01]


Azərsun Holdinq xeyli sayda işçini ixtisar edib. MİA-nın xəbərinə görə, ADP Mətbuat Xidmətinə partiyanın İmişli Rayon Təşkilatından daxil olan məlumatda bildirilir ki, rayon mərkəzində yerləşən Azərsun holdinqinə məxsus şəkər zavodunun 200 nəfər işçisi bir gündə işdən xaric edilib. Məlumatda bildirilir ki, işçilərin işdən qovulmasının əsas səbəbi onların əmək haqlarının azlığından və sosial qayğılardan, tibbi xidmətin yarıtmaz təşkilindən narazılıqları olub. Belə ki, bu zavodda iş rejiminin çox ağır, iş prosesinin isə insan səhhətinə ciddi mənfi təsirlər göstərməsinə baxmayaraq rəhbərlərin fəhlələrin sosial qayğılarına biganə yanaşması rayonda ciddi narazılığa səbəb olub. Eyni zamanda mütəxəssislərin bildirdiyinə görə zavodun fəaliyyəti nəticəsində ətraf mühitə çox ciddi ziyan vurulur ki, bunun qarşısının alınması üçün holdinqin rəhbərliyi heç bir tədbir görmək istəmir. İşdən qovulan fəhlələr və zavodun fəaliyyətindən zərər çəkməkdə olan rayon sakinləri isə hüquqlarının müdafiəsi istiqamətində mübarizə aparmaq, lazım gələrsə kütləvi aksiya belə keçirmək fikrindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA