Azərbaycan və Ukrayna qazla bağlı iki sənədə imza atıb

img

28-01-2011 [04:05]


Bu gün Ukrayna Nazirlər Kabineti və Azərbaycan hökuməti arasında sıxılmış maye qazın Ukrayna ərazisinə çatdırılması ilə bağlı memorandum imzalanıb. ?İnterfax-Ukrayna?ın yaydığı məlumata görə, memorandum bu gün Azərbaycan prezidenti İlham Əliyev və və Ukrayna prezidenti Viktor Yanukoviçin iştirakı ilə İsveçrənin Davos şəhərində imzalanıb. Ukrayna tərəfindən sənədə Ukraynanın bu ölkənin energetika və kömür sənayesi naziri Yuriy Boyko imzalayıb. Bundan başqa, iki dövlət başçısının iştirakı ilə Ukrayna Nazirlər Kabineti və Azərbaycan hökuməti arasında Ukrayna ərazisindən neft nəqli sahəsində əməkdaşlığın inkişafına dair sazişə də imza atılıb. Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkin jurnalistlərə bildirib ki, söhbət ?Odessa-Brodı? neft kəməri ilə ildə 4 milyon Azərbaycan neftinin nəqlindən gedir. Sıxılmış qazın Ukraynaya nə vaxt çatdırılacağı ilə bağlı sualı cavablandıran Levoçkin bildirib ki, bu memorandumdur və nə vaxt Ukraynada ilk sıxılmış qaz zavodunun inşası üzrə investisiya layihəsi üzrə tender keçiriləcək, onda da konkret həcm barədə danışmaq olar. O hesab edir ki, bu, əhəmiyyətli həcm olacaq. S.Levoçkin həmçinin əlavə edib ki, sıxılmış qazın nəqli Ukrayna sənayesinə alternativ mənbələrdən qaz almaqla yanaşı, onun qiymətini əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Y.Boykonun jurnalistlərə verdiyi məlumata görə, söhbət neftin nəqlinin 8 milyon tondan 12 milyon tona qədər artırılması ilə yeni bir marşrutun açılmasından gedir. Onun sözlərinə görə, bu hələ başlanğıcdır: ?Sonradan Azərbaycan nefti Belarusa da nəql olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA