Ombudsmanın amnistiya müraciətinə yazda baxılacaq

img

28-01-2011 [01:13]


Azərbaycan ombudsmanı qadınların, azyaşlıların və xəstə məhkumların barəsində amnistiya tətbiq olunmasını istəyir. İnsan Hüquqları üzrə müvəkkil Süleymanova bir neçə gün öncə amnistiya elan olunması ilə bağlı Milli Məclisə müraciət edib. Ancaq Ombudsman amnistiya tətbiq olunacaq məhkumların sayının dəqiq müəyyən edilmədiyini və əsasən azyaşlı, qadın və xəstə məhkumların bağışlanılmasının tərəfdarı olduğunu deyib. E. üleymanova bildirib ki, onun müraciəti millət vəkilləri tərəfindən müsbət qarşılanıb və Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq. İndiyədək Azərbaycanda 9 amnistiya aktı qəbul olunub və 48 əfv fərmanı imzalanıb, on minlərlə insan ailəsinə və cəmiyyətə qovuşub.Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA