MSŞT Haqqında Qanun layihəsi hazırlanır

img

27-01-2011 [05:46]


Mədən Sənayesində Şəffaflığın Artırılması(MSŞT) üzrə QHT Koalisiyası bu ?MSŞT Haqqında? Qanun layihəsi hazırlayır. MSŞT Koalisiyasının icra etdiyi layihənin istiqamətlərindən biri çərşivəsində hazırlanan sənədin müəllifi Koalisiyanın Şura üzvü Sahib Məmmədovdur. Görülmüş işlər barədə məlumat verən S.Məmmədov bildirib ki, ?Mədən sənayesində şəffafliğin təmin edilməsinin qanunvericilik əsaslari? alı Siyasət Sənədi hazırlanaraq Koalisiya Şurasına təqdim edilib: ?Siyasət Sənədinin hazırlanmasına hazırlıq dövründə MSŞT sahəsində xüsusi bilik və təcrübəsi olan ekspertlərlə görüşlər keçirilib, MSŞT-yə aid Beynəlxalq təcrübə analiz edilib. Siyasət Sənədi Koalisiya və Donor təşkilata təqdim olunandan sonra müəyyən təkliflər verildi və bu təkliflər əsasında sənədi yenidən işlədik?. S.Məmmədovun sözlərinə görə, Qanun layihəsinin hazırlanması prosesində MSŞT sahəsində Qanuvericiliyi olan ölkələrin təcrübəsi öyrənilməklə yanaşı, ölkə Qanunvericiliyi də təhlil edilib: ?Ötən il dekabrın 21-də Koalisiya ?MSST-nin tətbiqinin qanunvericilik bazasınin möhkəmləndirilməsi? movzusunda konfrans təşkil etmişdi. Həmin tədbirdə Siyasət Sənədi və Qanun layihəsi ilə bağlı prezentasiya təqdim etdik. Kofransda ekspertlər tərəfindən qanun layihəsinə bir sıra təkliflər də verildi ki, biz də bu təklifləri ümumiləşdirərək layihədə nəzərə almağa çalışmışıq?. Koalisiya üzvlərinin layihədə prinsipial hesab edilən məsələlərlə bağlı fikirlərini öyrənmək məqsədilə sənədin əsas prinsipləri ilə bağlı xüsusi sorğu hazırlandığını deyən S.Məmmədov ANS telekanalında efirə verilən ?İqtisadi Forum? verilişində Qanun layihəsinə dair müzakirələr də aparıldığını qeyd edib. S.Məmmədov əlavə edib ki, Qanun layihəsi hazır olduqdan sonra sənədlə bağlı ictimai dinləmələr keçiriləcək, vəkillik işi aparılacaq: ?Sonrakı mərhələdə isə Qanun layihəsi Milli Məclisə təqdim olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA