DAK iran səfirliyi qarzısında aksiya keçirəcək

img

27-01-2011 [04:49]


Dünya Azərbaycanlıları Konqresi(DAK) Azərbaycan Nümayəndəliyinin İranın Azərbaycanın daxili işlərinə qarışmasına etiraz edən bəyanat yayıb. Bəyanatda bildirilir ki, son zamanlar İranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini, ölkənin maraqlarını tapdalayan, təhqirə məruz qoyan siyasi sifarişi görməkdə, Tehran rejiminin dövlət və özəl telekanallarında Azərbaycan əleyhinə həyata keçirilən təbliğat maşınının qərəzli fəaliyyətini dərindən anlamaqda və yaxından izlənilir. Bəyanatda həmçinin bildirilir ki, İranın insan haqlarına məhəl qoymayan siyasəti, Güney Azərbaycan ərazisindən olan soydaşlarımızın siyasi dünya görüşünə müdaxilə edilərək, amansız təzyiqlərə məruz qoyulması, hər gün hökm sürən işgəncə siyasəti, həbs edilən, təhqirə tuş gələn milli-demokratik fəallarımızın zülmünə son qoyulmadığına insan haqları, demokratiya anlayışını siyasi yol olaraq seçmiş dünya birliyinin bu rəzalətə reaksiya verməsini təkidlə tələb edilib : ?Azərbaycan əleyhinə təbliğata, yerli mətbuatında dövlət atributlarımızın təhqirinə son qoymasını, ölkənin daxili işlərinə qarışmaq, dini ekstremizmin yaradılması cəhdlərini durdurmasını, Güney Azərbaycan ərazisindəki soydaşlarımızın müxtəlif bəhanələrlə həbsinə, və işgəncəyə məruz qoyması, siyasi dünya görüşünə görə zülm etməsini dayandırmasını, bölgəmizin sabitliyini əngəlləyən nüvə silahının əldə etməsi siyasətinə dərhal son verməsini, ərazi bütövlüyümüzü işğala məruz qoyan təcavüzkar Ermənistanla işbirliyinə girərək işğal altındakı torpaqlarımızda maddi və mənəvi varlıqlarımızın talanmasının qarşısını almasını tələb edirik?. Bildirilib ki, bunlara əməl olunmayacağı təqdirdə DAK İranın Azərbaycandakı səfirliyi qarşısında davamlı etiraz aksiyalarına başlayacağını və bundan baş verəcək neqativ hadisələrin məsuliyyəti Tehran rejiminin üzərinə düşəcəyini bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA