?çörəkpulu? kəsiləcək köçkünlərlə bağlı təlimat artıq hazırdı

img

25-01-2011 [11:52]


Məcburi köçkünlərin bir qisminin ?çörəkpulu?nun kəsilməsi ilə bağlı təlimatın hazırlanması prosesi artıq başa çatıb. Bu barədə ?Dövlətqaçqınkom?un mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. Yeni təlimatda məcburi köckünlərin bir qisminə - dövlət qulluğunda çalışanlara, hərbi və polis sistemində işləyənlərə, valideynlərindən biri məcburi köckün olan şəxslərə ?çörəkpulu?nın verilməməsi nəzərdə tutulub. Sənan Hüseynov bildirib ki, təlimat hələki Nazilər Kabinetinə təqdim olunmayıb. ?Təlimat hazırdır, ancaq Nazirlər Kabinetinə təqdim olunmayıb. Təlimat Nazirlər Kabinetinə təqdim olunacaq və ondan sonra Nazirlər Kabineti bu məsələyə baxacaq?(modern.az). Hazırda məcburi köçkün statusuna malik vətəndaşlara ayda adambaşına 15 manat yemək xərci üçün müavinət verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA