?Azərbaycanda vəziyyət pis olaraq qalır?

img

24-01-2011 [04:20]


2010-cu ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti pis olaraq qalıb. ?Human Rights Watch? təşkilatının 2010-cu ildə dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatının Azərbaycana aid hissəsində belə deyilir. Hesabatda bildirilir ki, hökumət müxalif fikri ifadə edən jurnalistləri qorxutmaq və cəzalandırmaq üçün müxtəlif cinayət işlərindən istifadə edib. Jurnalist Eynulla Fətullayev yalançı cinayət işi üzrə həbsxanada qalmaqda davam edir. Noyabrın 7-də parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib. Başqa ciddi problemlər, o cümlədən din, toplaşma və təşkilatlanma azadlıqlarına qoyulan məhdudiyyətlər, eləcə də həbsxanalarda işgəncə və pis rəftarla bağlı problemlər də qalmaqdadır. İnsan Haqları üzrə Avropa Məhkəməsi Eynulla Fətullayevi həbs etməklə Azərbaycanın ifadə azadlığını pozması haqqında qərar çıxarıb. Onun dərhal azad olunmasını tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA