QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verəcək

img

24-01-2011 [01:14]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ilin yekunlarına dair toplantıya hazırlaşır. Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbir 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında hesabat xarakterlidir. Toplantıda 2010-cu ildə həyata keçirilmiş layihələrin uğurlu yekunlarına görə bir sıra QHT-lərin Şura tərəfindən mükafatlandırılması da olacaq. Qeyd edək ki, toplantıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin hesabat məruzəsiylə çıxış edəcəyi gözlənilir. Mərasimdə QHT rəhbərlərilə yanaşı, rəsmi qurumların da təmsilçiləri iştirak edəcəklər. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında xülasə məlumatlardan ibarət olan kitab da çap edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA