Bakıda küləklər əsəcək; gilavar

img

24-01-2011 [12:58]


Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gündüz 8-11? isti, axşam 4-6? isti olacaq. Yanvarın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-6? isti, gündüz 10-14? isti olacaq. Yanvarın 26-da havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6? isti, gündüz 12-14? isti təşkil edəcək. Yanvarın 27-də axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-6? isti, gündüz 7-9? isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3? şaxtadan 2?-dək isti, gündüz 9-14? isti, dağlarda gecə 2-7? şaxta, gündüz 6-11? isti olacaq. Yanvarın 26-27-də havanın əsasən yağmursuz olacağı, lakin 27-də axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək, 27-də qərb küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın temperaturu gecə 1? şaxtadan 4?-dək isti, gündüz 8-13? isti, dağlarda gecə 0-5? şaxta, gündüz 5-10? isti təşkil edəcək. Yaxın 2 gün ərzində Abşeron yarımadasında gözlənilən mülayim hava şəraiti müsbət amil olsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA