QAT bəyanat verdi

img

22-01-2011 [03:06]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Bakıda olarkən verdiyi bəyanatın sonradan qurumun saytında təhrif olunması ilə bağlı bəyanat verib. QAT-ın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda deyilir ki, Barrozonun Bakıda olarkən verdiyi bəyanatın sonradan qurumun saytında təhrif olunması, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadənin mətndən çıxarılması beynəlxalq təşkilatların, konkret olaraq Avropa Komissiyası kimi nüfuzlu bir qurumun Dağlıq Qarabağ məsələsinə həqiqi münasibətinin göstəricisidir. Bu qurum bir daha ikili standartlar, daha doğrusu ikiüzlülük və riyakarlıq nümayiş etdirib. Cənab Barrozonun bu hərəkəti yalnız erməni lobbisinin təsiri ilə izah oluna bilməz, bu, həm də beynəlxalq təşkilatların, Avropa dövlətlərinin ermənipərəst siyasətini, ermənilərin əsassız iddialarını açıq şəkildə dəstəklədiklərini sübut edir?. Bəyanatda o da qeyd olunub ki, biz Azərbaycan hakimiyyətinin bu quruma müraciət edərək aydınlıq gətirilməsinə dair xahişləri qəbul etmirik: ?Bu qurumların yalanlarına, təkzib oyunlarına, boş vədlərinə qulaq asmaq artıq yetər. Bu təşkilatların ?xidmətlər?indən imtina edilməlidir. Biz hesab edirik ki, Azərbaycan Avropa İttifaqı, Avropa Komissiyası ilə münasibətlərinə yenidən baxmalıdır. Beynəlxalq təşkilatların ikili standartlar və ikiüzlü siyasəti bir daha göstərir ki, biz torpaqlarımızı yalnız özümüzə arxalanmaqla və hərbi yolla işğaldan azad edə bilərik. Azərbaycan hakimiyyəti öz siyasətində məhz bu istiqamətdə düzəlişlər etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA