Ölkənin 11 bölgəsində sınaq imtahanları keçiriləcək

img

22-01-2011 [02:49]


Yanvarın 23-də Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçiriləcək. TQDK-nın məlumatına əsasən, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçiriləcək imtahanlarda 31 minə qədər şagirdin iştirak edəcəyi gözlənilir. Sınaq imtahanlarında ilk dəfə olaraq riyaziyyat fənni üzrə 5 sual açıq test şəklində veriləcək. Məqsəd imtahandan sonra abituriyentlərin açıq testləri necə cavablandırmalarını təhlil etməkdir. Sınaq imtahanının nəticələri həftənin sonuna qədər elan olunacaq. Sonrakı sınaq imtahanlarının aprel ayından keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA