islam Partiyası Astara rayon zöbəsinin sədrinin evindən silah-sursat tapılıb

img

22-01-2011 [12:53]


Daxili İşlər Nazirliyi İslam Partiyasının Astara rayon Təşkilatının sədri Ruhulla Axundzadənin həyətindən silah-sursatın aşkarlandığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, R.Axundzadənin həyətindəki yardımçı təsərrüfatda 1 tapança, 4 avtomat, 9 ədəd də qumbara aşkar edilib. Məlumatda həmçinin, orada alışdırıcı, trotil şaşkası və müxtəlif çaplı güllələrin də tapıldığı bildirilir. DİN-in məlumatına görə, Axundzadənin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən partiyanın sədri Mövsüm Səmədov bir müddət öncə həbs edilib. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA