Həkimlərin növbəti imtahanının nəticələri açıqlanıb

img

21-01-2011 [05:41]


Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 19-da oftalmologiya və ümumi-cərrahiyə ixtisasları üzrə keçirilən imtahanlarda 37 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticə göstərib. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 95% (35 nəfər) uğurlu nəticələr əldə edib. (Nəticələr burada - http://www.health.gov.az/article.php?sertifikasiya14) İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırla

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA