ilham Əliyev Lökbatanda bir sıra açılızlarda iztirak edib

img

21-01-2011 [02:56]


Prezidenti İlham Əliyev yanvarın 21-də Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və ?Cırtdan? uşaq əyləncə parkının açılışlarında iştirak edib. Prezident İlham Əliyevə Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, əsaslı yenidənqurma nəticəsində parkda qəsəbə sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Burada yeni yaşıllıq zolaqları salınmış, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, yaraşıqlı fəvvarə tikilib, Heydər Əliyev Mərkəzi inşa edilib. Dövlət başçısı parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra dövlət başçısı İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə ərazisində yeni salınmış ?Cırtdan? uşaq əyləncə parkı ilə tanış olub, görülmüş işlərdən razılığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA