Şimal bölgəsi üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədrindən zok açıqlamalar

img

20-01-2011 [01:46]


?Şimal regionnda dövlət meşələrinin və ekoloji mühitin vəziyyəti dözülməzdir?. Bu sözlər Xaçmaz-Quba-Qusar-Şabran rayonları üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyevə məxsusdur. Onun sözlərinə görə, yüksək çinli məmurların himayədarlığı vasitəsilə Xaçmaz-Quba-Qusar rayonlarında fəaliyyət göstərən qanunsuz parket sexləri parket, yeşik taxtası və mebel istehsalı üçün taxtalar istehsal etmək məqsədi ilə dövlət meşələrini qırıb talayırlar. Sexləri xammal ilə təmin etmək üçün qırılan ?pip? ağacları isə əsasən gecə vaxtlarında nömrəsiz maşınlarla Quba-Qusar meşələrindən daşınır. Bundan başqa, qış fəsli olduğuna görə,Quba rayonunun bir çox dağ kəndlərində təbii qazın olmaması ilə əlaqədar olaraq dövlət meşələri qırılaraq odun kimi istifadə olunur. Misal üçün deyək ki,Qubanın Tüləkəran kəndi yaxınlığındakı qoruuq meşəsi durmadan qırılmaqdadır. Müsahibimiz mövsümlə əlaqədar olaraq ov məsələsinə də toxunaraq bildirdi ki, Xaçmaz rayonu sərhəd zonası sayıldığı üçün burada ov etmək qəti qadağandır.Hal-hazırda ov həvəskarları əsasən Şabran və Quba rayonları ərazisində ovla məşğuldurlar.N.Şəfiyev həmçinin Quba rayonunun Xınalıq kəndi yaxınlığında, ?Heydər zirvəsi?nin ətrafında dağ kəllərinin kütləvi şəkildə ovlandığını,bunun da olduqca təəssüf doğuran hal olduğunu vurğuladı. ?Sərhəd Qoşunlarının vəzifəli şəxsləri qanunsuz balıq ovu və qaçaqmalçılıqla məşgul olan onlarca qayıqlara himayədarlıq edir? deyən Xaçmaz-Quba-Qusar-Şabran rayonları üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyevin sözlərinə görə,düz Sərhəd Qoşunlarının gözünün qabağında,Xaçmaz və Şabran rayonlarının sərhədində Qaraqaşdıçayının və Qaraqaşdı kəndi ərazisindən onlarla qayıq qanunsuz balıq ovu və qaçaqmalçılıqla məşguldurlar.Təkcə adıçəkilən ərazidən 75 balıqçı qayığı dənizə ova çıxır ki,bunlardan 15-i ?YAMAHA? tipli motorlarla təhciz olunmuş,sahildən 60-70 km məsafə qət edərək, dənizə girirlər ki,bu da onların heç də niyyətlərinin balıq tutmaq olmadığından xəbər verir. Təəssüf ki,dəfələrlə qaçaqmalçılıqla məşğul olduqlarına görə tutulan şəxslər,müxtəlif məmurların himayəsi altında yenə də bu cür qanunsuz əməllərindən əl çəkmirlər.Maraqlısı budur ki,gecə saatlarında durna qatarı kimi,açıq-aydın seziləcək formada hərəkət edən bu cür qayıqlar Sərhəd Qoşunlarının ?diqqətini cəlb etmir?. [b]Cəmil MƏMMƏDLİ Xaçmaz[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA