Elman Rüstəmov: "Sosial ipoteka zərtlərində dəyiziklik yoxdur"

img

20-01-2011 [01:33]


"Azərbaycanda ipoteka kreditlərinə böyük tələbat var. Bunun təmin olunması, eləcə də tikinti sektorunda aktivliyi artırmaq üçün Mərkəzi Bank 2011-ci ildə "Tikinti əmanət bankları haqqında qanun"un qəbuluna çalışacaq". Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bildirib. AMB sədrinin sözlərinə görə, il ərzində 14 milyon manatlıq sosial, bundan 5-6 dəfə çox kommersiya kreditinin verilməsi nəzərdə tutulur. ?Bu il büdəcədən ipoteka kreditləşməsi üçün 14 milyon manat vəsait ayrılıb. Bu vəsaiti əhaliyə çatdırmağa çalışacağıq. Bu il sosial ipoteka şərtlərində böyük bir dəyişiklik yoxdur?, deyə E. Rüstəmov qeyd edib. E. Rüstəmovun sözlərinə görə, bazarda kommersiya sahəsində kreditə ehtiyac daha böyükdür: ?Biz hökumətlə birgə əlavə imkanlar axtarmaqla həm sosial, həm də xüsusilə tikinti sektorunda aktivliyin arıtırılması ilə əlaqədar kommersiya ipotekasını necə genişləndirə biləcəyimizi düşünürük. İpoteka kreditləşməsi nə qədər inkişaf etsə, bazardakı mənzillər nə qədər satılsa, bu sferaya qoyulmuş investisiyalar daha çox mənfəət gətirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA