Səfər Əbiyev Türkiyənin ordu generalı ilə hərbi əməkdazlığı müzakirə edib

img

19-01-2011 [01:32]


Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyənin Jandarma baş komandanı, ordu generalı Necdət Özəli qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri, hərbi-texniki sahədə əməkdaşlığın dinamikası və regiondakı vəziyyət müzakirə olunub. Məlumata görə, nazir Səfər Əbiyev bildirib ki, Azərbaycanla Türkiyənin siyasi və hərbi əlaqələri ən yüksək səviyyədədir və bundan sonra da bu əlaqələr genişlənməkdə davam edəcək. Ordu generalı Necdət Özəl isə vurğulayıb ki, güc birlikdədir və Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılınc da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA