20 yanvar günü Bakıda qar yağacaq

img

19-01-2011 [01:21]


20 yanvar günündə Bakıda və Abşeron yarımadasında yağıntılı hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, yanvarın 19-dan 20-nə keçən gecə yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu 0?-yə yaxın olacaq. Günün ikinci yarsında yağıntı tədricən kəsiləcək. Havanın temperaturu 4-6? isti təşkil edəcək. Yanvarın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3? isti, gündüz 6-8? isti olacaq. Yanvarın 22-də də dəyişkən buludlu, əsasən yağmursuz hava davam edəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3? isti, gündüz 7-9? isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4? şaxtadan 1?-dək isti, gündüz 4-8? isti, dağlarda gecə 5-10? şaxta, gündüz 0-5? şaxta olacaq. Yanvarın 21-22-də gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Ayın 21-də şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3? şaxtadan 2?-dək isti, gündüz 6-9? isti, dağlarda gecə 5-10? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA