Səlim Müslümov azadlıq mücadiləsindən danızdı

img

19-01-2011 [12:53]


Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov çıxış edib. Fond sədri deyib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi, müstəqillik uğrunda aparılan mübarizənin zirvəsi idi: ?21 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mücadiləsini qıra bilməyib?. S. Müslümov 20 yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Daha sonra anım mərasimində 20 yanvar hadisələrində əlil olmuş vətəndaşlar öz xatirələrini bölüşüblər. Tədbirdə xalq artisti Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilib. Sonda bir qrup şəhid ailəsinə və əlillərə yardımlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA