Sabah saat 12:00-da bütün avtomobil yollarında nəqliyyat və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq

img

19-01-2011 [12:28]


Respublika Baş Dövlət Yol Polisi İdarəsi 20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar sürücülərə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, sabah Şəhidlər xiyabanını ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək paytaxtın Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Parlament prospekti boyunca avtomobillərin yol kənarlarında parklanmasına yol verilməyəcəyi nəzərə alınaraq əhalidən xahiş olunur ki, bu istiqamətə gəlmək üçün ümumi istifadədə olan nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər. Yanvarın 20-də saat 12:00-da respublikanın bütün avtomobil yollarında 20 yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək üçün nəqliyyatın və piyadaların hərəkəti dayandırılaraq bir dəqiqəlik sükut elan ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA