?Qəhrəmanlıq Salnaməsi? adlı yürüz keçiriləcək

img

18-01-2011 [06:11]


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2011-ci il 20 yanvar saat 11.00-da Elmlər Akademiyası metro stansiyasından Şəhidlər Xiyabanı istiqamətində ?Qəhrəmanlıq salnaməsi? adlı yürüş keçirəcək. Qeyd edək ki, yürüş 20 Yanvar faciəsinin 21-ci il dönümünə həsr edilir. Yürüşdə 300-dən çox tələbə iştirak edəcək. Onlar xüsusi köynəklərdə yol boyu şəhər sakinlərinə 20 Yanvar faciəsinin tarixinə aid bukletlər paylayacaq, onları məlumatlandıracaqlar. Xatırladaq ki, anoloji aksiya 2010-cu il 20 yanvar tarixində də keçirilmişdir. Həmin aksiya ?Mənim 20 Yaşım var? adı altında keçmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA