Daxili Qozunlar komandanı Türkiyə Jandarma Qüvvələrinin baz komandanı ilə görüzüb

img

18-01-2011 [04:18]


Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsində Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Daxili Qoşunlardan verilən məlumata görə, General N. Özəlin şərəfinə Baş Qərargahda Fəxri Qarovul düzülüb. Qərargahda öncə şəhidlərin xatirəsinə ucaldılan abidəni ziayarət edən türkliyəli general sonra Xatirə Kitabına ürək sözlərini yazıb. Daha sonra daxili işlər nazirinin müavini, Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov və Türkiyə Jandarma Qüvvələrinin baş komandanı arasında görüş olub. Görüşdə hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Qeyd edək ki, general N.Özəlin Azərbaycana səfəri yanvarın 17-də başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA