Dövlət Qulluğu üzrə keçirilmiz test imtahanının nəticələri açıqlanıb

img

18-01-2011 [03:33]


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya keçirilmiş test imtahanlarının nəticələrini açıqlayıb. Komisiyanın mətbuat xidmətindən verilən məlumata görə, 21, 29 oktyabr və 26 noyabr 2010-cu il tarixlərdə 97 dövlət orqanı üzrə 826 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 10 dekabr ? 2011-ci il 14 yanvar tarixlərdə keçirilib. Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılıb: 1. dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı; 2. qanunvericilik sahəsində - 40 test tapşırığı; 3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı; 4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı. Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait 2009-cu ilin noyabr ayından Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) yerləşdirilmişdir. Yeni qaydalara əsasən inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin 8-9-cu təsnifatlarına uyğun olan vəzifələr üzrə müəyyən edilmiş keçid balını toplayan namizədin vəzifənin tutulma şərtləri nəzərə alınmaqla bu təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərlər. Test imtahanının qrafiki də yeniliyin bu tələbi nəzərə alınmaqla tərtib edilmişdir. Belə ki, test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak etmişlər. Müsabiqədə iştirak etmək üçün Komissiyada 3083 namizəd qeydə alınmışdır. Onlardan 1297 nəfəri (bütün namizədlərin 42,07%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur. Test mərhələsini uğurla başa vuran namizədlərdən - 397 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır; - 391 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır; - 509 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır. Namizədlərdən 307 nəfəri test imtahanında iştirak etməmişdir. Bunlardan 51 nəfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 41 nəfəri Dövlət Sosial Müdafiə Fondu və 40 nəfəri İqtisadi İnkişaf Nazirliyi üzrə qeydə alınmış namizədlərdir. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılmışdır. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdirilib. Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır: - İqtisadi İnkişaf Nazirliyi - 28 yerə qarşı qeydə alınmış 412 namizəddən 196-sı test imtahanından uğurla keçib; - Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 50 yerə qarşı qeydə alınmış 481 namizəddən 191-i test imtahanından uğurla keçib; - Dövlət Sosial Müdafiə Fondu - 210 yerə qarşı qeydə alınmış 408 namizəddən 134-ü test imtahanından uğurla keçib; - Bakı Apelyasiya Məhkəməsi - 10 yerə qarşı qeydə alınmış 143 namizəddən 96-sı test imtahanından uğurla keçib; - Təhsil Nazirliyi - 67 yerə qarşı qeydə alınmış 147 namizəddən 80-i test imtahanından uğurla keçib. Test imtahanının nəticələrinin dövlət orqanları üzrə ümumi statistik cədvəli Qeyd: * Müsabiqə vəziyyəti dedikdə 1 vakant yerə düşən ərizələrin orta sayı nəzərdə tutulur; * Test imtahanı qalibi sütunundakı "A" nəticəsi - 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır; * Test imtahanı qalibi sütunundakı "B" nəticəsi - 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır; * Test imtahanı qalibi sütunundakı "C" nəticəsi - 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamışdır, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır; * Cəmi sütünunda dövlət orqanı üzrə test imtahanından keçmiş bütün namizədlərin sayı verilib. Dövlət orqanlarının siyahısı da bu sütuna uyğun olaraq azalan qaydada verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA