iki əsgərimiz qar uçqunu altında qaldı

img

18-01-2011 [02:38]


Azərbaycan ordusunun iki əsgəri qar uçqununa düşərək həlak olub. Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Məlumata görə, yanvarın 15-də qar uçqununa düşən hərbçilər Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsindəki postda xidmət edən hərbi hissənin əsgərləri Elşad Bayramov və Təbriz Həmzəyevdir. 20 yaşlı E.Bayramov ötən ilin oktyabrında Sumqayıt şəhər Hərbi Komissarlığından, 20 yaşlı T.Həmzəyev isə ötən ilin yanvarında Babək rayonundan hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA