Dövlət Sosial Müdafiə Fondunun 11 əməkdazı izdən kənarlazdırılıb

img

18-01-2011 [02:23]


Dövlət Sosial Müdafiə Fondu fəaliyyətlərində nöqsanlara yol verən yerli orqan əməkdaşları barədə ciddi tədbirlər həyata keçirir. ?Bu sırada yol verilən hüquqpozmaların aşkarlanması və hüquq-mühafizə orqanlarının məlumatlandırılması xüsusi yer tutur? deyə Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan bildirilib. Qurumun Daxili audit şöbəsinin apardığı audit araşdırması ilə Bakı şəhər Suraxanı rayon şöbəsinin pensiyaların ödənişi və uçotu sahəsindəki fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Fondun Kollegiyasında öz fəaliyyətlərində saxtakarlıq edərək vəsaitlərin təyinatından kənarlaşdırmaqla mənimsənilməsinə yol vermiş Suraxanı rayon şöbəsinin maliyyə?uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradovun, məsləhətçi-mühasibləri Dunay Şirəliyeva, Maisə Qurbanova, ?əranə Cavadova, Kəmalə Hüseynova, Elnarə Hüseynova, Sevda İsmayılova, Mehparə Əliyeva, Hikmət Şirinov, Emin Hüseynov və Akif Sərkərovun vəzifələrindən azad edilməsi, audit araşdırması materiallarının müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunması barədə qərar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA