Gənclər polis zorakılığı ilə bağlı bəyanat yayıb

img

17-01-2011 [05:58]


Azərbaycan Demokratik Partiyasının Gənclər 13 yanvar 2011-ci il tarixdə saat 02.00 radələrində ?Neon Palace? şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi, 15 ünvanında restorandan çıxan bir qrup gəncin Çevik Polis Alayının əməkdaşları tərəfindən zorakılığa məruz qalması hadisəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, polis əməkdaşlarının gəncləri polis bölməsinə getmələrini tələb etdiklərini, onlar isə heç bir qanunsuz hərəkətə yol vermədiklərindən bölməyə getməyəcəklərinin bildiriblər. Qarşıdurma nəticəsində polislərin onların ünvanına nalayiq ifadələr işlədiblər, bölməyə aparılarkən gənclər polislər tərəfindən vəhşiçəsinə döyüldüyü, nəticədə Anar Qəniyevin qolunun zədələndiyi, Elvin Əsgərovun isə ağır yaralandığı üçün 3 saylı Sabunçu xəstəxanasına çatdırılsada, orada onun həyatının xilas edilməsi mümkün olmamışdır. Hadisə ilə əlaqədar ADP Gənclər Təşkilatının hüquq departamenti DİN-ə sorğu məktubu ünvanlamışdır. ADP gənclər təşkilatı DİN Cevik polis alayının qanunsuz hərəkətlərini qətiyyətlə pisləyir, DİN orqanlarının işcillərini qanunsuz hərəkətlərə son qoymağa çağırır, DİN orqanlarından faktın araşdırılmasını, cinayəti törətmiş polis əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA