Milli Ordunun əsgəri zəhid olub

img

17-01-2011 [05:00]


Azərbaycan Ordusunun əsgəri atəşkəsin pozulması nəticəsində həlak olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 12.30 radələrində Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində əsgər Məmməd Rasim oğlu Azadəliyev şəhid olub. 1990-cu il təvəllüdlü Məmməd Azadəliyev 2010-cu ilin oktyabr ayında Sumqayıt Şəhər Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağırılıb. Məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA