iqtisadi inkizaf Nazirliyində müzavirə

img

17-01-2011 [04:36]


Yanvarın 15-də İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilən tapşırıqlar müzakirə olunub. Müşavirədə 2011-ci ildə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, istehlak bazarına nəzarətin gücləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınması, kiçik və orta sahibkarlığın inkişafına diqqətin daha da artırılması, yeni bazarlara ixracın artırılması, infrastruktur layihələrinin davam etdirilməsi, 2011-ci ilin "Turizm ili" elan olunması və bu sahənin inkişafı ilə bağlı işlərin sürətləndirilməsi və s. istiqamətlərdə Nazirlik tərəfindən görüləcək işlər müzakirə olunub. İqtisadi inkişaf naziri Şahin Mustafayev müşavirəyə yekun vuraraq qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib. Müşavirədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışlarından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA