Azərbaycan və Latviya prezidentləri arasında görüz olub

img

17-01-2011 [02:50]


Bu gün Latviya prezidentinin iqamətgahında ? ?Riqa? qəsrində Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Latviya prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Azərbaycan prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar. Hərbi orkestrin ifasında Azərbaycan və Latviyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Daha sonra prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya prezidenti Valdis Zatlersə təqdim olunub. Daha sonra prezidentlər və xanımları rəsmi foto çəkdiriblər. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ?Riqa? qəsrinin ?Gerblər? salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Sonra hədiyyələr təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA