Ekologiya Nazirliyindən xəbərdarlıq: Bakıya qar yağacaq

img

17-01-2011 [01:54]


Bakıda və Abşeron yarımadasında bu həftə buludlu hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, yanvarın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 2-5? isti, gündüz 5-7? isti olacaq. Yanvarın 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yağıntılı olacağı, sulu qara, axşama doğru bəzi yerlərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-2? isti, gündüz 2-4? isti olacaq. Yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-2? şaxta, gündüz 2-4? isti təşkil edəcək. Sabah şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qarın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2? şaxtadan 3?-dək isti, gündüz 5-9? isti, dağlarda gecə 3-7? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti olacaq. Yanvarın 19-20-də yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. 20-də gündüz bəzi yerlərdə tədricən kəslicək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5? şaxta, gündüz 1-4? isti, dağlarda gecə 5-10? şaxta, gündüz 0-5? şaxta müşahidə ediləcək. Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli enməsi ilə soyuq diskomfort şərait olacaq ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA