Həkimlərin növbəti sertifikasiya imtahanı iki gün sonra olacaq

img

17-01-2011 [01:49]


Həkimlərin növbəti sertifikasiya imtahanı yanvarın 19-da oftolmologiya və ümumi cərrahiyə üzrə keçiriləcək. Test imtahanlarının keçirilməsi bir çox həkimlər tərəfindən birmənalı qarşılanmasa da, bununla bağlı rəsmi olaraq Səhiyyə Nazirliyinə heç bir şikayət daxil olmayıb. Mətbuat xidmətindəın bildiriblər ki, keçirilən imtahanlar zamanı göstərilən nəticələr uğurludur. Hətta elə həkimlər var ki, test suallarına maksimum 100 sualdan 98-nə, 99-na düzgün cavab verib. Keçirilən ilk imtahanlardan keçə bilməyən həkilərə isə hazırlıq üçün 6 ay vaxt veriləcək. Onlar bu müddətdə xüsusi təcrübə keçməli və növbəti imtahana hazlırlaşmalıdırlar. Təcrübə prosesində həkimlərin aylıq məvacibləri kəsilməyəcək. Yaşlı həkimlərin imtahanlara necə hazırlamaları haqda sualımıza cavab belə olub: ?Hətta elə yaşlı həkimlər var ki, onlar cavanlardan da yaxşıl nəticə göstərirlər. Ötən imtahanda 63 yaşlı xanımın göstərdiyi müksimal göstərici digərlərinə nümunədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA