Kiziyə ehtiyacı olan subay qadınlar üçün yeni xidmət

img

17-01-2011 [12:43]


Azərbaycanın qonşusu olan Gürcüstanda yeni xidmət fəaliyyətə başlayıb. "Kirayə ər" xidməti əhalinin böyük rəğbətinə səbəb olub. Ev işlərində kişiyə ehtiyacı olan subay qadınlar xidmətə müraciət edərək müəyyən məbləğ qarşılığında "ər" kirayə ala bilirlər. Şirkət sahibi Beso Mchedmişvilinin sözlərinə görə, onlar bu xidməti çətin ev işlərində yardıma möhtac olan qadınlar üçün yaradıblar. "Amma şirkətin "bir saatlıq kişi" adı qadınları çaşdırır. Onların arasında sevgiyə ehtiyacı olanlar da olur. Ancaq biz xidmətdən istifadə etmək istəyənlərə əməkdaşlarımızın "kişi fahişə"lər olmadığını deyirik", deyə B. Mchedmişvili bildirib. Qeyd edək ki, şirkətdə işləyən kirayə "ər"lər su kranlarını, işıqları düzəltmək və sairə xidmətlər göstərirlər. Tiflisdəki şirkətdən ər kirayələməyin bir saatı isə 13 avrodur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA