?Borçalı? Cəmiyyəti qərar verdi

img

17-01-2011 [12:28]


?Borçalı? Cəmiyyətinin İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. MİA-nın xəbərinə görə, geniş müzakirələrdən sonra gündəlikdıki məsələlərə uyğun olaraq aşağıdakı qərarlar qəbul edilib. 1. Qərarların icra vəziyyəti qənaətbəxş hesab edilsin. 2. Azərbaycanda riyaziyyat elminin banilərindən biri, AMEA-nın qurucusu və prezidenti, özünün yaratdığı Riyaziyyat institunun diriktoru, Akademik Zahid Xəlilovun 100 illiyi ilə bağlı tədbirər planı layihəsi qəbul edilsin. 3. 2011-ci ilin may-iyun ayları ərzində Bakı şəhərinin mötəbər zallarından birində Zahid Xəlilovun 100 illiyinə həsr olunmuş beynəlxalq elmi praktik konfrans keçirilsin. 4. Akademik Zahid Xəlilov adına mükafat təsis edilsin. Mükafat ildə bir dəfə elmdə və təhsildə ən yüksək zirvəni fəth edən 2 nəəfrə verilsin. ?Zahid Xəlilov mükafatı?nın əsasnaməsi hazırlansın. 5. 20 yanvar günü Borçalı cəmiyyəti üzvləri və tərəfdaşları keçmiş Əzizbəyovun heykəlinin yanından toplansınlar və saat 12-də şəhidlər xiybanının ziyarəti başlansın. 6. Növbəti Dədə Camal Məclisi yanvar ayının 30-da keçirilsin. Məclisin müzakirə mövzuları və məruzəçiləri təsdiq edilsin:- mövzular - Bolnisi rayonunun tarixi, bu günü, çağdaş dönəmdə rolu və yeri ? məruzəçi-tarix elmləri namizədi Kərəm Məmmədov - Regionun problemləri və onların həllinə konseptual baxış ? məruzəçi ? Nizami Saraclı 7. Mart ayının 19-da Şida Kartli, 20-də isə Kaxet- Qaracalar və Qabal və Qaraçöpdə Novruz şənlikləri keçirilməsi məqsədəuyğun hesab edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA