islam Partiyasının Gəncə zəhər zöbəsinin rəhbərinin evindən silah-sursat tapılıb

img

15-01-2011 [03:38]


2011-ci il yanvarın 14-də Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsi və Gəncə Şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. DİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri D.Bünyadzadə küçəsi ev 2-də yaşayan 1967-ci il təvəllüdlü Ələkbərov Yusif Fəxrəddin oğlunun evinə baxış zamanı 1 ədəd "AKSU", 1 ədəd nömrəsi silinmiş və qundağı kəsilmiş "AK-74", 1 ədəd qundağı kəsilmiş "AK-74", 1 ədəd "AKM", 1 ədəd nömrəsi silinmiş "AKM", 1 ədəd əldədüzəltmə "UZİ" silahları, 2 ədəd mərmi, 2 ədəd qumbara, 2 trotil şaşka, 1 ədəd fitil, 1191 ədəd müxtəlif çaplı güllə, 6 ədəd güllə darağı, 1 ədəd qılınc, 3 ədəd bıçaq, 1 ədəd portativ səsgücləndirici və ona aid 4 ədəd mikrofon, 38 ədəd dini məzmunlu plakat, dini ekstremizmi təbliğ edən 17 ədəd kitab və 20 ədəd disk aşkar edilərək götürülmüşdür. Y.Ələkbərovun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, Y.Ələkbərov qeydiyyatda olmayan İslam Partiyasının Gəncə şəhər şöbəsinin rəhbəridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA