FHN 2010-cu ilin IV rübündə Azərbaycanda baz vermiz bədbəxt hadisələrin statistikasını açıqlayıb

img

15-01-2011 [01:46]


Fövqəladə Hallar Nazirliyi 2010-cu ilin IV rübü ərzində respublikada baş verən hadisələr üzrə rəsmi statistik hesabat hazırlayıb. Nazirliyin rəsmi saytında yerləşdirilən hesabatda bildirilir ki, mənzil və digər texnoloji qurğularda baş verən 7 patlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Hesabat dövründə 140 qəza-xilasetmə əməliyyatları həyata keçirilib ki, nəticədə 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb, 178 nəfər isə müxtəlif qəzalardan xilas edilib. O, cümlədən mənzildə bağlı qapı arxasında kimsəsiz və köməksiz insan faktorunun olmasından ölənlərin sayı 4, digər hadisələrdən isə iki nəfərdir. 2010-cu ilin IV rübü ərzində mənzildə qaz sızması halı qeydə alınmayıb. Statistikada ən maraqlı rəqəmlər isə yanğınlar üzrədir. Belə ki, ötən ilin IV rübündə baş verən 1126 yanğın hadisəsi zamanı 21 nəfər yanaraq ölüb, 27 nəfər xəsarət alıb, 1 nəfər isə xilas edilib. Bu 2009-cu illə müqayisədə xeyli artım deməkdir. 2009-cu ilin eyni dövrü ərzində baş verən 810 yanğın hadisəsi nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb, 31 nəfər isə xilas edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA