Sabahdan havalar yenidən soyuyacaq

img

14-01-2011 [12:32]


Bakıda və Abşeron yarımadasında həftəsonu hava buludlu keçəcək. Yanvarın 15-də hava əsasən yağmursuz keçəcək, axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6? isti, gündüz 8-11? isti olacaq. Yanvarın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 2-4? isti, gündüz 5-7? isti təşkil edəcək. Yanvarın 17-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Şimal küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4? isti, gündüz 5-7? isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin axşam bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3? şaxtadan 2?-dək isti, gündüz 8-12? isti, dağlarda gecə 4-9? şaxta, gündüz 1-6? isti olacaq. Yanvarın 16-17-də də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4? şaxtadan 1?-dək isti, gündüz 5-8? isti, dağlarda gecə 4-9? şaxta, gündüz 0-4? şaxta olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA