350 kq saxta ərzaq məhv edildi (SiYAHI)

img

13-01-2011 [05:03]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı Bakının Nizami rayonunda - Nəsimi küçəsi, ev 30 ünvanında yerləşən ?Xəyam market?də, - Ə.Hacıyev küçəsindəki ?Vahid market?də və ?Gloriya market?də, - Naxçıvanski küçəsi, 29 ünvanında Azər Nəbiyevə məxsus mağazada, - Q.Qarayev prospekti, ev 81 ünvanında Afət Əlişovaya məxsus mağazada, - R.Rüstəmov küçəsi, 56 ünvanındakı ?Bolluq market?də, Binəqədi rayonunda - Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən ?Tunar market?də və ?Kral market?də, - Binəqədi şosesində Aminağa Bayramova məxsus mağazada, Nərimanov rayonunda - Ə.Əliyev küçəsi, ev 61, mənzil 17 ünvanında yerləşən ?Şəlalə market?də, - T.Şıxəliyev küçəsi, ev 17, mənzil 23 ünvanındakı ?Azər market?də, - Ə.Rəcəbli küçəsi, 5 ünvanındakı ?Ramal market?də, Xudat şəhərində - M.F.Axundov küçəsində Xeyirbəg Rəhimxanova məxsus mağazada, Şəki şəhərində - M.F.Axundov prospektində Nəzakət Hüseynovaya məxsus mağazada, Bərdə şəhərində - Nüşabə küçəsində Almaz İsrafilovaya məxsus mağazada, - Nizami küçəsində Kamil Vəliyevə və Elşad Mehraliyevaya məxsus mağazalarda, - Ü.Hacıbəyov küçəsində Sərvər Salahova məxsus mağazada, Gəncə şəhərində - Gülüstan qəsəbəsində Vüqar Əliyevə məxsus mağazada, Qusar rayonunda - Kirik kəndində Seyfəddin Ağalarova və Matros Şıxmuradova məxsus mağazalarda, Mingəçevir şəhərində - A.Məmmədov küçəsində Elşan Əliyevə və Telman Məmmədova məxsus mağazalarda ümumi çəkisi 350 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA