Bakıda 2 tondan artıq ya ölü, ya da xəstə mala aid ət məhsulları azkar edilib

img

12-01-2011 [09:32]


Bakıda iki yerdə keyfiyyətsiz ət məhsullarının satışı aşkarlanıb. Məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gün Nəsimi rayonundakı ?Təzə bazar?da və Nərimanov rayonunun Keşlə qəsəbəsində bir sıra ət satışı ilə məşğul olan topdansatış ticarət obyektlərində yoxlamalar aparıb. Nəticədə "Təzə bazar"da 1 tondan artıq qaralmış, ətə məxsus olmayan pis qoxu gələn və vizual olaraq xoş görünməyən ət məhsulunun satışı dayandırılıb. Həmin ətdən bir hissə yoxlanılmaq üçün laboratoriyaya göndərilib. Ehtimal olunur ki, bu ətlər ya xəstə, ya da ölmüş heyvanlara məxsusdur. Nərimanov rayonunun Keşlə qəsəbəsi ərazisində yerləşən topdansatış məntəqələrdə də eyni formada, yəni qaralmış, ətə məxsus olmayan pis qoxu gələn və vizual olaraq xoş görünməyən 1 tondan artıq ət məhsulların satışı dayandırılıb. Bu ətlərdən nümunələr yoxlanılmaq üçün laboratoriyalara göndərilib. A.Əliyev bildirib ki, hər iki faktla bağlı laboratoriyaya göndərilən müayinənin nəticəsinə uyğun olaraq qanunvericiliyə əsasən tədbirlər görüləcək. Faktlarla bağlı hələlik saxlanılan yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA