Bakıda universitet müəlliməsi qətlə yetirilib

img

11-01-2011 [10:57]


Bakıda qətl hadisəsi törədilib. Xətai rayon Polis İdarəsində verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində, rayonun M. Hadi küçəsi ev 63, mənzil 36-da qeydə alınıb. Hələlik istintaqa məlum olmayan şəxs və yaxud da şəxslər həmin ünvanda yaşayan, 62 yaşlı Mahrux Mehdi qızı Əliyevanı küt alətlə qətlə yetirib. Hadisə yerinə əməliyyat qrupu göndərilib, ilkin araşdırmalar aparılır. Qeyd edək ki, M.Əliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi imiş

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA